İyul 10, 2020 13:49 Asia/Baku
  • Rusiyanın yeni əsas qanununda Allaha iman

Kommunist SSRİ rejiminin dağılmasından təqribən 30 il sonra Allaha iman bir daha Rusiyanın əsas qanununa qayıdıb.

SəhərAzəri xəbər verir, Rusiya xalqının 80%-ə yaxınının lehinə səs verdiyi bu ölkə konstitusiyasına düzəliş üzrə son referendumda həmçinin yalnız qadın ilə kişi arasında evlənmə qanuni sayılır.

Kommunistlər ateist təfəkkürlə 70 ildən çox bir müddətdə Allaha imanı sabiq SSRİ xalqlarının arasından silməyə çalışdılar.

İbrahim dinlərinin davamçılarını və möminləri ölümə və uzunmüddətli həbslərə məhkum edən kommunistlər/ qapılarının üzərində Allahın adı yazılmış 15 mindən çox məscidi, həmçinin minlərlə kilsə və ibadətgahı məhv etdilər.

Bu təfəkkür sonda dalana dirəndi və son zamanlar Rusiya xalqı referendumda iştirak edərək, bu ölkə konstitusiyasına düzəlişin lehinə səs verdi.

Əsas ailə dəyərlərini müdafiə, təqaüdçülər üçün sosial zəmanətlər; bütün xalq üçün əlçatan, keyfiyyətli tibb xidmətləri; ikili vətəndaşlığı olan şəxslərin duma, senat və bütün digər hökumət orqanlarında iştirakına qadağa, milli suverenlik haqqı, müdafiə sənayesinin gücləndirilməsi, rublun Rusiyanın daimi pul vahidi kimi təyin edilməsi, bu ölkənin əsas qanunda aparılmış yeni dəyişikliklərin mühüm mehvərlərindəndir.

Teqlər

Şərhlər