Pompeodan şok: Qebreyesus satın alınıb...
İyul 23, 2020 02:30 Asia/Baku
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Çin tərəfindən satın alınıb.
SəhərAzəri Axar.az-a istinadla xəbər verir, bu iddia ilə ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib.
Londonda səfərdə olan M.Pompeo bunları söyləyib:
"Qebreyesus Çin tərəfindən satın alınıb, bu səbəbdən də ingilislər ölür".
Məsələ ilə bağlı açıqlama yayan ÜST əsassız iddiaları rədd etdiklərini, ABŞ-ı koronavirusla mübarizəyə dəvət etdiklərini bəyan edib.