İyul 26, 2020 10:51 Asia/Baku
  • Vaşinqtonda Trampın qərarına qarşı aksiya keçirilib

ABŞ-ın paytaxtı Vaşinqtonda əhali, bu ölkə prezidenti Donald Trampın aksiyaçılara divan tutmaq barədəki qərazına etiraz edib.

SəhərAzəri xəbər verir, Tramp iyulun əvvəllərində Oreqon ştatının Portlend şəhərindəki aksiyaları yatırmaq üçün təhlükəsizlik qüvvələrinin bu şəhərə göndərilməsi barədə göstəriş vermişdi.

Tramp həmçinin Çikaqoya təhlükəsizlik qüvvələrinin göndərilməsindən xəbər vermiş və təhdid etmişdi ki, demokratların hökmranlığı altında olan digər şəhərlərə də qüvvələr göndərəcəkdir.

Ötən günlərdə də Portlend şəhərinin sakinlərindən minlərlə nəfər küçələrə çıxdı ki, polis özbaşınalığı və rasizminə, həmçinin Amerika hökumətinin onları yatırmaq üçün bu şəhərə federal qüvvələr göndərməsinə etiraz etsin.

Portlend meri etirazları susdurmaq üçün federal polisdən istifadə edilməsini mənfur və alçaq bir hərəkət adlandırıb. Vurğulayıb ki, Tramp hökumətinin həmin hərəkətləri yalnız bu şəhərin vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. O, federal qüvvələrin şəhərdən çıxmalarını istəmişdi.

Afroamerikalı Corc Floydun ağdərili ABŞ polisi tərəfindən qətlə yetirilməsi həftələrdir Amerikada ümumölkə etirazları ilə müşayiət olunub. Polis zorakılığı və rasizminə qarşı yönəlmiş bu etirazalar digər Qərb ölkələrinə də sirayət edibdir.

Teqlər