Avq 01, 2020 17:04 Asia/Baku
  • ABŞ əhalisi arasında silahlanma rekord həddə çatıb

Amerikada "Covid-19" virusunun geniş yayılması, narazılıqların artması, irqçilik əleyhinə etiraz aksiyalarının genişlənməsinin ardınca ölkə əhalisi arasında silahlanmaya maraq xeyli artıb.

SəhərAzəri-nin məlumatına görə İSNA xəbər agentliyi "Guardian" qəzetinə istinadla yazır: Son zamanlar ABŞ-da cinayət hallarının çoxalması və gərginliyin artmasının ardınca ölkə əhalisi arasında odlu silah alanların sayı rekord həddə çatıb. Belə ki, silah almaq üçün müraciət edən insanların 40%-inin daha öncə heç vaxt odlu silahı olmayıb. Həmçinin, daha öncə daha çox ağ dərili insanlar silah almağa maraq göstərirdilərsə, indi qadınlar, qara dərililər, azlıqda olan irqin nümayəndələri habelə, şəhər sakinləri də odlu silah əldə etməyə çalışırlar. 

Müşahidəçilərin qənaətinə görə Amerikada mühafizəkar və siyasi qrupların rəhbərləri ağ dərililərin əksinə olaraq, qara dərililər və ya digər irqlərin nümayəndələrinin odlu silah əldə etməsi məsələsinə ikili yanaşır və fərqli mövqe sərgiləyirlər. 

Mütəxəssislər ABŞ əhalisi arasında odlu silaha tələbatın artmasını ölkə rəhbərliyinə inamsızlıq və mövcud vəziyyətlə bağlı artan nigaranlığın nəticəsi hesab edirlər. 

Teqlər

Şərhlər