Avq 15, 2020 22:57 Asia/Baku
  • Bağdad Türkiyə hücumlarının dayandırılması üçün Avropa dəstəyini çağırıb

İraqın xarici işlər naziri Avropanı ölkəsinin suverenliyinə qarşı Türkiyə hücumlarını dayandırmaq üçün aktiv rol oynamağa çağırıb.

Səhər Azəri bildirir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn bu gün Fransa, Almaniya və Britaniya xarici işlər nazirləri ilə telefon söhbətində, Türkiyənin İraqın suverenliyinə qarşı ardıcıl hücumlarını qınayıb.

İraqın xarici işlər naziri Avropa ölkələrinin Türkiyənin ardıcıl və təkrarlanan hücumlarının dayandırılması və bu ölkə hərbçilərinin İraq torpaqlarından geri çəkilməsi üçün fəal rol oynamasının vacibliyini vurğulayıb.

Avropa ölkələrinin xarici işlər nazirləri də İraqla həmrəylik ifadə edərək, Türkiyənin İraqa təcavüzünü qınayıblar.

Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirləri, həmçinin mehriban qonşuluq prinsipi və beynəlxalq qətnamələrə hörmət etməyin vacibliyini vurğulayıblar.

İraq mənbələri avqustun 11-də bu ölkənin şimalında sərhədçilərin iclasına Türkiyənin PUA hücumundan xəbər veriblər, bu hücum nəticəsində iki yüksək rütbəli zabit və iki əsgər həlak olub.

Teqlər