ABŞ Asiyada orta mənzilli raketlər yerləşdirmək istəyir
https://azeri.sahartv.ir/news/dünya-i366039-abŞ_asiyada_orta_mənzilli_raketlər_yerləşdirmək_istəyir
ABŞ hökuməti Asiyada orta mənzilli raketlərin yerləşdirilməsi məsələsini araşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2020 11:45 Asia/Baku
  • ABŞ Asiyada orta mənzilli raketlər yerləşdirmək istəyir

ABŞ hökuməti Asiyada orta mənzilli raketlərin yerləşdirilməsi məsələsini araşdırır.

Səhər Azəri bildirir ki, bu sözləri ABŞ hökumətinin silahlanma üzrə xüsusi nümayəndəsi marşal Bilinqzli deyib.

Marşal Bilinqzli bazar günü Yaponiya telekanallarından birinə verdiyi müsahibədə bu raketlərin Yaponiya kimi ölkələrin istədikləri və ehtiyac duyduqları növdən olan silahlar adlandırıb. 

Bu ABŞ rəsmisinin iddiasına görə Vaşinqton Asiyada artmaqda olan Çin təhlükəsinin qarşısını almaq üçün asiyalı şərikləri ilə danışıqlar aparmaq və onların raket qüdrətini dəyərləndirmək istəyir. 

Marşal Bilinqzli ABŞ-ın hazırda supersonik silahlar üzərində çalışdığını da deyib.

Onun dediyinə görə Asiya və Okeaniyada sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün bu kimi silahlar zəruridir.