Rusiya BMT TŞ-nin İran barədə iclasının dərhal keçirilməsini vurğulayıb
Rusiya BMT TŞ-nin İran barədə iclasının dərhal keçirilməsini vurğulayıb
Rusiya Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin İran və Almaniya ilə yanaşı online iclasının dərhal təşkil olunmasını istəyib.
Səhər Azəri bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq vurğulayıb: Moskva rəsmiləri gözləyirlər ki, bu iclas, xüsusən üzv ölkələrin demək olar ki, əksəriyyət səslə Birləşmiş Ştatların Tehrana qarşı silah embarqosunun uzadılması haqdakı qətnamə layihəsinə dəstək verməkdən çəkinmələrindən sonra təxirə salınmamalı və dərhal təşkil edilməlidir.
Bəyanatda vurğulanır: BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin İran və Almaniya ilə yanaşı online sammitinin dərhal təşkil olunması təklifi, əslində geniş məzmunlu və diapazonlu dialoqun və konstruktiv əməkdaşlığın başlanması üzrə Vladimir Putin tərəfindən düzgün istiqamətdə verilən bir dəvətnamədir.
Kremlin bu dəvəti elə bir halda irəli sürülür ki, ABŞ prezidenti Donald Tramp bazar günü səhər bildirdi ki, Vaşinqton ehtimal üzrə İran barədə keçiriləcək zirvə görüşündə iştirakdan çəkinəcək. O, qeyd edib ki, Ağ Ev gələn həftə BMT-nin İran əleyhinə sanksiyalarına qayıdış üçün digər bir səyə başlamaq niyyətindədir.
İran İslam Respublikası prezident administrasiyasının başçısı bu barədə belə qeyd edib: Amerika öz səhvlərinin davamında tətik mexanizmini fəallaşdırmaqda sahəsində də məğlub olacaq.
Mahmud Vaezi tvitter-dəki şəxsi səhifəsində yazıb: BMT Təhlükəsizlik Şurasının səsverməsi zamanı dünya ictimaiyyəti nüvə anlaşmasının qorunmasına dəstək verərək, bir daha Amerikanın təkvektorluluq siyasətlərinə qarşı çıxdı.
İran İslam Respublikası prezident administrasiyasının başçısı vurğulayıb: Amerika prezidenti Donald Tramp öz hakimiyyətinin son aylarında daha öyrənmiş olmalıdır ki, siyasət meydanındakı parametrlər ticarət dünyasındakı parametrlərdən tamamilə fərqlənir və əgər o, öz keçmiş siyasətlərini dəyişməsə, ardıcıl məğlubiyyətlərin intizarında olmalıdır.
Amerikanın İrana qarşı silah qadağasının uzadılmasına dair qətnamə layihəsi cümə günü axşamçağı ABŞ və Dominikan Respublikasının lehinə, Rusiya və Çinin əleyhinə və on bir tərəfsiz səslə qəbul edilmədi.