Avq 22, 2020 10:57 Asia/Baku
  • Çin: ABŞ-ın istəyi məntiqdən uzaqdır

"Vaşinqton beynəlxalq qanunlara sadəcə öz maraqları ilə üst-üstə düşdüyü zaman müraciət edir"

Səhər Azəri bildirir ki, bu sözləri Çinin xarici işlər naziri deyib. 

Pakistanın xarici işlər naziri Şah Mahmud Qüreyşi ilə görüşünün ardınca birgə mətbuat konfransında bu fikirləri səsləndirən Uanq Yi ABŞ-ın İran əleyhinə sanksiyaların geri qaytarılmasına dair istəyinin tamamilə məntiqsiz bir istək olduğunu dyeib. 

Uanq Yi ABŞ-ın öncəki hökumətinin İran ilə nüvə anlaşmasını imzaladığına işarə edərək, əlavə edib: Hakimiyyətin dəyişməsinə rəğmən məntiqli olan iş ABŞ-ın nüvə anlaşmasında qalması və ona əməl etməsidir. 

Çinin xarici işlər naziri Vaşinqtonun heç bir səbəb olmadan İran ilə nüvə anlaşmasından çıxmasına işarə edərək, deyib: Bundan sonra kim ABŞ ilə anlaşmaq istəyər?

ABŞ rəsmiləri Vaşinqtonun nüvə anlaşmasından çıxmasına rəğmən İrana qarşı sanksiyaların bərpa edilməsini tələb etmək kimi bir haqlarının olduğunu iddia edirlər. 

Teqlər