Suriya Əlhəsəkə əhalisinə suyun verilməsini istəyib
Suriya Əlhəsəkə əhalisinə suyun verilməsini istəyib
Suriya hökuməti bu ölkənin Əlhəsəkə vilayəti əhalisinə suyun verilməsini istəyib.
Səhər Azəri bildirir ki, Suriya Qırmızı Aypara Cəmiyyəti Əlhəsəkə vilayəti əhalisinə suyun verilməsi üzrə humanitar yardımın edilməsi və Türkiyənin tabeliyində olan qüvvələrin bu əhalinin içməli suyunu kəsmək üzrə hərəkətinin dayandırılmasını istəyib.
Suriya Qırmızı Aypara Cəmiyyəti bir bəyanatda bildirib ki, Əlhəsəkə vilayəti əhalisinin suyunun Türkiyə qüvvələri tərəfindən kəsilməsi vilayət sakinlərindən bir milyon nəfərdən çox insanın həyatını təhlükəyə salıbdır.
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar Əlcəfəri də bu təşkilatın baş katibi Antonio Quterreş ilə telefon əlaqəsində Əlhəsəkədə bir milyon nəfərə yaxın Suriya vətəndaşının içməli suyunun kəsilməsinin dayandırılmasına səy edilməsini istəyib.