Maduro İrana təşəkkür etdi
https://azeri.sahartv.ir/news/dünya-i366389-maduro_İrana_təşəkkür_etdi
Nikolas Maduro Venesuelanın neft sənayesinə olan yardımlarına görə İrana təşəkkür etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 06:25 Asia/Baku
  • Maduro İrana təşəkkür etdi

Nikolas Maduro Venesuelanın neft sənayesinə olan yardımlarına görə İrana təşəkkür etdi.

Səhər Azəri bildirir ki, Venesuela prezidenti Nikolas Maduro bir müsahibədə ölkəsinin neft sənayesinə olan dəstəyinə görə İrana təşəkkür edib. 

Maduro Venesuelanın dövlət televiziyasına verdiyi müsahibədə deyib: Mən İrana təşəkkür edirəm. İranın təcrübələri bizə öz imkanlarımızı və potensiallarımızı artırmaq imkanı verir. 

Maduro bundan öncə də dəfələrlə İrana Venesuelaya olan yardımlarına görə təşəkkür edib.