NATO-nun baş katibi Aralıq dənizində çəkişmələrin şiddətlənməsinə reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i366485-nato_nun_baş_katibi_aralıq_dənizində_çəkişmələrin_şiddətlənməsinə_reaksiya_verib
NATO-nun baş katbi Aralıq dənizində Yunanıstan ilə Türkiyə arasındakı çəkişmələrin azalmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2020 15:47 Asia/Baku
  • NATO-nun baş katibi Aralıq dənizində çəkişmələrin şiddətlənməsinə reaksiya verib

NATO-nun baş katbi Aralıq dənizində Yunanıstan ilə Türkiyə arasındakı çəkişmələrin azalmasını istəyib.

SəhərAzəri xəbər verir, Yens Stoltenberg Berlində Avropa Birliyinin müdafiə nazirlərinin iclasından öncə Yunanıstan ilə Türkiyə arasındakı çəkişmələrin şiddətlənməsi barədə deyib ki, NATO üzvü olan bu iki ölkə müzakirə ilə, son çəkişmələri azaltmalıdır.

Qeyd edək, bu iki NATO üzvünün bir-birilərinə qarşı şifahi hücumları və ittihamları son zamanlar şiddətlənibdir.

Aralıq dənizində Afina ilə Ankara arasındakı çəkişmələr avqustun 25-də Yunanıstan, Fransa, İtaliya və Kiprin iştirakı ilə bu bölgədə üçgünlük hərbi təlimlərin başlanması ilə bir zamanda kəskinləşibdir.

Bu çəkişmələr 2019-cu ildən və Türkiyə, Yunanıstan və Kiprin qeyd olunan bölgədə qaz kəşfiyyatı və qazıntısı əməliyyatı istiqamətindəki səylərinə görə, şiddətlənibdir.