Avq 27, 2020 15:25 Asia/Baku
  • Liviyanın Belarusdakı səfirliyinə hücum edilib

Bu gün səhər saatlarında Liviyanın Belarusdakı səfirliyi azı 30 silahlı şəxsin hücumuna məruz qalıb.

SəhərAzəri “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Liviyanın Belarusdakı müvəqqəti işlər vəkili Məhəmməd Astət məlumat verib.

O, həmin şəxslərin Liviya Milli Uzlaşma Hökumətilə bağlı olduqlarını, eyni zamanda hamısının Belarus vətəndaşı olduqlarını qeyd edib. Onun sözlərinə görə, hadisə zamanı ona xəsarət yetirilib.

”Biz Liviya Xaric İşlər Nazirliyi ilə təmasdayıq, vəziyyət nəzarət altındadır”, - deyən diplomat ölkəsinin rəsmi şəxsləri tərəfindən Belarus Xarici İşlər Nazirliyinə məsələ ilə bağlı müraciət olunaraq diplomatik heyəti qorumaq üçün lazımi tədbir görmələri xahiş edildiyini, lakin yerli hüquq-mühafizə orqanlarının hər hansı tədbir görmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Belarusdakı səfirlik ikitirəliyin davam etdiyi Liviyanın şərq bölgəsinə nəzarət edən, parlamentə və “Liviya milli ordusu” adlı hərbi birləşmənin başçısı Xəlifə Həftərə bağlıdır.

Teqlər