Çinin ikinci vaksini istifadə lisenziyası alıb
Sen 01, 2020 12:11 Asia/Baku
Çinin koronavirusa əleyhinə istehsal etdiyi ikinci peyvən təcili və fövqəladə hallarda istifadə edilmək üçün lisenziya alıb.
SəhərAzəri xəbər verir, bu peyvənd ilk mərhələdə yüksək riskli qruplar, o cümlədən tibbi personel və xəstəxana işçilərinin peyvəndi üçün təsdiq edilib.
Məlumata əsasən, sınaqlar göstərir ki, klinik sınaqlardan keçmiş Çin istehsalı olan hər iki vaksinin yan təsirləri olmayıb.
Hal hazırda bütün dünyada koronavirusa qarşı yeddi vaksin son sınaqlardan keçirilir ki, onlardan dördü Çinə aiddir. Bununla belə indiyədək heç bir vaksin rəsmi olaraq, istifadə lisenziyasını ala bilməyib.
Hazırkı dövrədək koronavirus 25 milyon nəfəri yoluxdurub və təxminən 850 min nəfəri də öz qurbanına çevirib.