İsrail rejimi "F-35" qırıcılarının BƏƏ-yə verilməsinə qarşıdır
Təl-Əviv: Etirazımızı Vaşinqtona bildirəcəyik
İsrail rejiminin informasiya naziri Təl-Əvivin Birləşmiş Ərəb Əmirliklərinə "F-35" qırıcılarının verilməsi ilə müxalif olduğunu ABŞ Konqresinin diqqətinə çatdırılacağını bildirib.
Səhər Azəri bildirir ki, İsrail rejiminin informasiya naziri Eli Kohen cümə günü "F-35" qırıcılarının BƏƏ-yə verilməsi ilə müxalif olduğunu elan edib.
Eli Kohen deyib: "Təl-Əviv ABŞ Konqresinə "F-35" qırıcılarının Əmirliklərə verilməsi ilə müxalif olduğunu elan edəcək".
İsrail rejiminin baş nazirlik ofisi isə Benyamin Netanyahunun Əmirliklərə modern silahların o cümlədən "F-35" qırıcılarının verilməsi ilə müxalif olmadığını elan edib.
Haaretz qəzeti isə "Nyu York Tayms" qəzetinin bu xəbərini təkzib edərək, yazıb: Netanyahu əleyhinə yalan informasiyaların dərc olunması reallığı dəyişməyəcək.
Bu məlumatın davamında deyilir: İsrail ilə Əmirliklər arasındakı anlaşmaya dair müzakirələrin gedişində Netanyahunun Əbu-Dəbiyə modrens silahların satılması ilə razılaşmasına dair heç bir məqam olmayıb.
Nyu-York Tayms qəzeti cümə günü məlumatlı qaynaqlara istinadla Netanyahunun Əbu-Dəbi ilə əlaqələrin adiləşdirilməsinə dair müzakirələrin gedişində Əmirliklərə modern silahların satılması ilə razılaşdığını yazıb.