Yaponiya "Hayşen" qasırğasını qarşılamağa hazırlaşır
https://azeri.sahartv.ir/news/dünya-i366912-yaponiya_hayşen_qasırğasını_qarşılamağa_hazırlaşır
"Hayşen" qasırğasının yaxınlaşması ilə Yaponiyanın cənub-qərbində fövqəladə vəziyyət elan edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2020 12:58 Asia/Baku
  • Yaponiya

"Hayşen" qasırğasının yaxınlaşması ilə Yaponiyanın cənub-qərbində fövqəladə vəziyyət elan edilib.

Səhər Azəri bildirir ki, Yaponiyaya yaxınlaşmaqda olan "Hayşen" qasırğası ilə əlaqədar ölkənin cənub-qərbində zavodlar fəaliyyətini dayandırır.

Bu məlumata görə "Toyota", "Honda" şirkətləri Küsü adasında zavodlarnı bağladığını elan edib.

Bundan başqa, "Mitsubishi Electric" 3, "Canon" isə 7 zavodunu müvəqqəti bağlayıb.

Yaponiya ordusu da yaxınlaşmaqda olan "Hayşen" qasırğasının fəsadlarını minumuma endirmək və əhaliyə yardım etmək üçün ölkənin cənub-qərbində on minlərlə qüvvə səfərbər edib.