"Hayşen" qasırğası yarım milyon insanı evindən etdi
https://azeri.sahartv.ir/news/dünya-i366931-hayşen_qasırğası_yarım_milyon_insanı_evindən_etdi
Yaponiyada yarım milyon sakin təxliyyə edilir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2020 08:15 Asia/Baku

Yaponiyada yarım milyon sakin təxliyyə edilir

Səhər Azəri bildirir ki, Yaponiyanın cənub və cənub-qərbində yaşayan 500.000-dən çox sakin yaxınlaşmaqda olan "Hayşen" supertayfunu səbəbiylə evakuasiya üçün yerli rəhbərliklərdən təlimat alıb.

Ölkənin Naqasaki, Kumamoto və Kaqoşima prefekturalarında 530 min sakinin təxliyyəsi barədə göstəriş, doqquz digər prefekturada isə 3,5 milyondan çox sakinə təxliyyə edilmək tövsiyəsi verilib. Yaponiya Milli Meteoroloji İdarəsi sutkada 600 mm yağıntının olma ehtimalı barədə xəbər verir. Bəzi bölgələrdə küləyin sürəti 50 m/s-yə çatır.

Hazırda "Hayşen" Sakit Okean boyunca Yaponiyanın ən cənub bölgəsi Okinava istiqamətində 20 km/saat sürətlə hərəkət edir. Təbii olayın mərkəzində küləyin sürəti 70 m/s-ə çatır. Supertayfunun sentyabrın 7-si gecə Yaponiyanın cənub bölgəsinə çatacağı gözlənilir.