Rusiya-Ermənistan hərbi əməkdaşlıqları
Ermənistan və Rusiya hərbçiləri birgə təlimlərə start verib.
Sen 07, 2020 04:12 Asia/Baku
Bu məlumata əsasən, Gümrüdə yerləşən rusiyalı hərbçilərlə erməni əsgərləri birgə taktiki təlim çərçivəsində Kamxud və Alaqyaz silsilələrinə yürüş ediblər.
Səhər Azəri bildirir ki, təlimlərə Rusiyanın Cənub Hərbi Dairəsinin 1000 hərbçisi, eyni zamanda qırıcı, pilotsuz təyyarələr də daxil olmaqla, 300-ə yaxın xüsusi texnikası cəlb olunub.
İyul ayının sonlarında da Ermənistanda Rusiya ilə ortaq hava müdafiə sistemlərinin təlimləri keçirilmişi. Hərbi təlimin məqsədi kəşfiyyat və silahlı pilotsuz uçan aparatlara qarşı mübarizə üsullarının araşdırılması olub.
Sözü gedən hərbi təlimdə Rusiya və Ermənistanın döyüş təyyarələri və hər iki ölkənin hava müdafiə sisteminin bütün birlikləri iştirak edirdi.
Teqlər