Sen 07, 2020 09:04 Asia/Baku
  • Tədqiqatçılar koronavirus dönəmində kök insanlara xəbərdarlıq ediblər

Aparılan bir araşdırmanın nəticələri kök insanların immun sisteminin COVİD-19 infeksiyasına daha çox reaksiya verdiyini göstərir.

Səhər Azəri bildirir ki, tədqiqatçılar hesab edirlər ki, artıq çəkidən əziyyət çəkən insanların immun sistemi bir xəstəliyə yoluxduqda davamlı təzyiq altında olur. 

Statistikalar göstərir ki, kilolu və kök insanlarda digər insanlara nisbətən koronavirusdan ölüm halları 48 faiz daha çox olur.

Həmçinin, artıq çəki immun sisteminin zərərli hissələrinin uzun müddət aktiv olmasına səbəb olur. Bundan əlavə koronavirusa qarşı peyvəndlər də kök insanların orqanizminə yaxşı təsir etməyə bilrə, çünki immun sistemi və orqanlara dəyən ziyan virusla mübarizəni daha da çətinləşdirir.

Qlobal bir araşdırmanın nəticəsinə əsasən, artıq çəki koronavirusa yoluxma nəticəsində xəstəxanaya yerləşdirmə ehtimalını iki dəfə və bu virusdan ölüm riskini isə 50 faiz artırır.

Teqlər