Sen 13, 2020 12:08 Asia/Baku
  • Lavrov: Qərbin ehtimal olunan sanksiyaları cavabsız qalmayacaq

Moskva Qərbin ehtimal olunan yeni sanksiyalarını cavabsız qoymayacaq.

Səhər Azəri bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. 

Sergey Lavrov beynəlxalq münasibətlərdə qarşılıqlı addım prinsipinin hələ də mövcud olduğunu xatırladıb və deyib: Yeni sanksiyaların nə olacağını görəcəyik. Daha sonra ona uyğun qarşılıq verəcəyik. Şübhəsiz yeni sanksiyalar cavabsız qalmayacaq.

Almaniya hökuməti son zamanlar Rusiya müxalifətinin lidelərindən Aleksey Navalnı-nın zəhərləndiyini iddia edərək, buna görə Moskvanın məsuliyyət daşıdığını bildirir. Bunu əsas tutaraq Berlin və avropalı müttəfiqləri Rusiya əleyhinə bir sıra sanksiyalar tətbiq etmək istəyirlər. 

Teqlər