Sen 16, 2020 19:14 Asia/Baku
  • İmza mərasimində Trumpin davranışı lağa qoyulub

Ərəbdilli istifadəçilər Bin Zayedin Trampı təqlid etməsini lağa qoyublar.

SəhərAzəri Ərəb 21 saytı malumatina gorə xəbər verir ki, Sosial şəbəkələrin ərəbdilli istifadəçiləri, Sionist rejimlə kompromis razılaşmasının imzalanması mərasimində BƏƏ-nın xarici işlər naziri Bin Zayedin ABŞ prezidenti Donald Trampı təqlid etməsini lağa qoyublar.
Abdullah bin Zayed mərasimi koordinasiya edən şəxsi çağıraraq, Ondan sənədlərin hansı hissəsini imzalaması lazım olduğunu soruşub. Ben Zayed o şəxsin geri dönməsini gözləmədən Trumpin Kağızına baxıb. İsrailin Baş naziri Benyamin Netanyahu da ayağa qalxıb və Ben Zayedə hansı hissələri imzalamalı olduğunu göstərib.
Ərəb dilli sosial media fəalları hadisəyə reaksiya olaraq belə yazıblar: Ben Zayed bir məktəbli kimi sanki sinif yoldaşını təqlid edir, yəqin ki, müqavilənin bəzi bəndlərini və ya imzalamalı olduğu hissələri başa düşmeyib.
Sionist medialari da bundan oncə bildiriblər ki, İmza mərasimində iştirak edən Bəhreyn nümayəndə heyəti, Vaşinqtona gəldikdən sonra da müqavilənin bütün şərtlərini bilmirdi.

Teqlər