Sen 19, 2020 10:34 Asia/Baku
  • Rusiya: NATO Qara dənizdə hərbi iştirakını artırıb

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Şimali Atlantika Alyansı NATO-nun hərbi gəmilərinin Qara dənizdəki iştirakının 30% artmasından xəbər verib.

Səhər Azəri bildirir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rodskoy cümə günü NATO-nun hərbi-döyüş gəmilərinin Qara dənizdəki missiyasının 30% artmasına işarə edib və deyib: NATO hərbi-döyüş gəmiləri ilə yanaşı hərbi təyyarələri habelə, dəniz və hava kəşfiyyatı təchizatlarının sayını da Qara dənizdə xeyli artırıb. 

Qara dəniz Rusiya və Qərb arasındakı başlıca qarşıdurma meydanıdır.

NATO-nun hərbi dəniz bölmələri davamlı olaraq Qara dənizdə iştiraka malikdirlər və hər il Gürcüstan və Ukrayna sahillərində hərbi manevrlər keçirirlər. Və bu manevrlərdə əsas düşmən Rusiya göstərilir. 

NATO ötən illərdə Rusiya təhdidi bəhanəsi ilə bu ölkə sərhədlərindəki iştirakını xeyli artırıb. 

Qərb-Rusiya münasibətləri 2014-cü ildə NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması, Ukrayna böhranı, Baltik dənizi və Suriya olayları fonunda xeyli gərginləşib. 

Teqlər