İrana qarşı təzyiqlərin artırılması məsələsində
Avropalı müttəfiqləri Ağ Evi məyus etdilər
"İrana qarşı avropalıların əməkdaşlığından məyus olmuşuq".
Səhər Azəri bildirir ki, bunu ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi deyib.
Elliot Abrams İranlıların noyabr ayında keçiriləck prezident seçkilərində Trampın məğlub olacağı ilə bağlı yanlış düşüncədə olduğuna toxunaraq, Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının qüvvəyə minəcəyini iddia edib.
ABŞ rəsmisi sözlərinin davamında Vaşinqtonun anti-İran sanksiyalarına toxunaraq, deyib: "İran əleyhinə maksimum təzyiq kampaniyasına davam etdirəcəyik".
Son günlər İranla Əhatəli Müştərək Təşəbbüs Proqramını imzalayan Avropanın üç ölkəsi yəni Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasına bir məktub ünvanlayaraq, elan ediblər ki, sentyabrın 20-dən "Tətik mexanizmi" adı ilə tanınan sanksiyaların avtomatik qaytarılmasına dair mexanizmin işə salınması ilə bağlı iddiaların əksinə olaraq, təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyaları hələ də dondurulmuş vəziyyətdə qalacaq.