Sen 25, 2020 16:03 Asia/Baku
  • Avropada sağlamlıq böhranı dərinləşir

Koronavirus Pandemiyası dönəmində Avropada səhiyyə böhranı ötən hər gün dərinləşir.

Səhər Azəri bildirir ki, Avropa ölkələrində koronavirusa yoluxanların sayının artması və vətəndaşların həyatlarını itirmələri yeni məhdudiyyətlərə və qarşılıqlı olaraq, xalqın müxalifətinə və rəsmilərin etirazlarına səbəb olubdur.

Ötən sutka ərzində İngiltərədə COVID-19-a yoluxanların sayı cəhətdən mövcud olan rekord, altı min 634 yeni yoluxma ilə sınıbdır. İngiltərə səhiyyə nazirliyinin statistikasına görə, ölkədə yoluxanların sayı 409 min 729, ölənlərin sayı isə 41 min 902 nəfərə çatıbdır.

İspaniyada koronavirusa yoluxanların miqdarı on min 653 nəfər artımla 704 min 209, ölənlərin sayı isə 31 min 118 nəfərə çatıbdır.

Röyters Çexiya Respublikasında koronavirus epidemiyasından gündəlik ölənlərin sayı rekordunun sınmasından xəbər verib. Çərşənbə günü bu ölkədə COVID-19 daşıyıcılarından on doqquz nəfər həyatını itirib.

Frans-24 telekanalı isə xəbər veribdir ki, Almaniyanın Bavariya bölgəsində yoluxanların sayının artması ailəvi qonaqlıqların qadağan edilməsi də daxil olmaqla yeni məhdudiyyətlərin tətbiq olumasına gətirib çıxarıbdır.

Frans-24 bir məlumatda yerli əhalinin və rəsmilərin Fransa səhiyyə nazirliyinin Paris və Marseldə gördüyü sərt tədbirlərdən hiddətlənmələrindən xəbər verib.

Fransa xəstəxanalarına yatırılan COVID-19 xəstələrinin sayı dünən altı min nəfəri ötüb keçibdir. Bu rəqəm ötən iki ayda nadir bir göstəricidir.

Teqlər