ABŞ-da COVID-19-a yoluxanların sayı 8 milyon nəfəri keçib
https://azeri.sahartv.ir/news/dünya-i368374-abŞ_da_covid_19_a_yoluxanların_sayı_8_milyon_nəfəri_keçib
Ötən sutka ərzində Amerikada koronavirusa yoluxma nəticəsində 843 nəfər həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2020 10:57 Asia/Baku
  • ABŞ-da COVID-19-a yoluxanların sayı 8 milyon nəfəri keçib

Ötən sutka ərzində Amerikada koronavirusa yoluxma nəticəsində 843 nəfər həyatını itirib.

SəhərAzəri xəbər verir, «Worldometer» informasiya saytının bildirdiyinə görə, ötən sutka ərzində 843 nəfərin ölümü ilə Amerikada koronavirusdan ölənlərin sayı 220 min 873 nəfərə çatıb.

Bu məlumata görə, Amerika 8 milyon 90 min 250 nəfər koronavirus xəstəsi ilə beynəlxalq cədvələ başçılıq edir.

ABŞ prezidenti Donald Tramp məxfiçiliyə və koronavirus epidemiyası ilə mübarizədəki yarıtmaz idarəçiliyinə görə, daima tənqid olunur.