BMT: "Sanksiyalar maliyyə mənbələri və tibbi təchizatların çatışmazlığına gətirib çıxarıb"
BMT-nin xüsusi məruzəçisi birtərəfli sanksiyaların ölkələrin koronavirusla mübarizə qabiliyyətinə mənfi təsirinə toxunaraq, sanksiyaların maliyyə mənbələri və tibbi ləvazimatların çatışmazlığına səbəb olduğunu qeyd edib.
SəhərAzəri xəbər verir, Alena Douhan BMT Baş Assambleyasının Üçüncü Komitəsinin cümə günü keçirilən iclasında, tibbi təchizatlar və maliyyə mənbələrinin çatışmazlığına səbəb olan Kuba, Suriya və İrana qarşı birtərəfli sanksiyaların zərərli təsirlərinə toxunaraq, deyib: "Bütün dünyada banklar və şirkətlər sanksiyaya məruz qalan ölkələrlə işləməkdən çəkinirlər və bu hərəkətlərin sonrakı təsirlərindən qorxurlar".
İran İslam Respublikasının BMT Baş Assambleyasının Üçüncü Komitəsindəki nümayəndəsi də bu iclasda, ABŞ-ın koronavirusun yayıldığı bir halda BMT-nin mövqeyinə məhəl qoymamasından təəssüfləndiyini bildiərək, beynəlxalq ictimaiyyəti Vaşinqtonun birtərəflilik bəlasına qarşı birləşməyə çağırıb.
Məhəmməd Zareyian qeyd edib ki, ABŞ tərəfindən bir çox ölkələrə qarşı tətbiq edilən sərt və birtərəfli hərəkətlərin ölkəd xaricindəki təsirləri, digər ölkələrin suverenliyinə, onların tabeliyində olan həqiqi və ya hüquqi şəxslərin qanuni mənafelərinə, habelə naviqasiya və ticarət azadlığına təsir edir və inkişaf hüququnun təmin edilməsinə mane olur.
Vaşinqtonun fundamental maddələri və hətta tibbi avandanlıqlar və dərman preparatlarını da əhatə edən birtərəfli və zalımcasına sanksiyaları, onlara qarşı tətbiq edilən ölkə xalqları, xüsusilə koronavirus xəstələri üçün çoxlu sayda problem yaradır.
Bu yaxınlarda İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın koronavirusun yayıldığı bir dönəmdə düşmənçilik siyasətlərini qınayaraq, deyib: "Dünya artıq ABŞ-ın tibbi terrorizm ilə düyünlənən iqtisadi terrorizmi qarşısında susa bilmir".