Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransa iştirak etməyib
https://azeri.sahartv.ir/news/dünya-i369418-qarabağla_bağlı_razılaşmanın_əldə_olunmasında_abŞ_və_fransa_iştirak_etməyib
Kremlin mətbuat katibi deyib: "ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etməyib".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2020 11:09 Asia/Baku
  • Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransa iştirak etməyib

Kremlin mətbuat katibi deyib: "ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etməyib".

SəhərAzəri xəbər verir, Rusiya Prezidentinin sözçüsü Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransanın iştirak edib-etməməsi ilə bağlı suala cavabında vurğulayıb: "ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etməyib. Bu, üçtərəfli - Rusiya, Ermənistan və Azərbaycanın sazişidir".

Peskov əlavə edib: "Qarabağla bağlı bəyanatda bu regionun statusu qeyd olunmur. Burada beynəlxalq aktlardan və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrindən çıxış etmək lazımdır. İlk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik".