Pompeo və Netanyahu eyni zamanda Səudiyyə Ərəbistanına səfər ediblər
Sionist mənbələri Sionist rejimin baş naziri və bir neçə Mossad-ın rəsmisinin, ABŞ dövlət katibi Mayk Pompeo ilə eyni zamanda gizli şəkildə Səudiyyə Ərəbistanına səfər etdiyindən xəbər veriblər.
SəhərAzəri xəbər verir, Sionist rejimin "Haarets" qəzetinin portalının yazdığına görə, sionist rejimin baş naziri Benyamin Netanyahu bu gizli səfərdə, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman və ABŞ Dövlət Katibi Mayk Pompeo ilə görüşüb.
Haarets-ın məlumatına görə, bu gizli səfərdə Netanyahunu sionist rejimin casusluq təşkilatı Mossad-ın sədri Yossi Kohen müşayiət edib və Məhəmməd Bin Salmanla Ərəbistanın Təbuk vilayətində keçirilən görüşdə iştirak edib.
Sionist mənbə vurğulayıb ki, İsrail rejimin baş nazirinin uçuş marşurutu bütün uçuşları izləyən qlobal "uçuş izləmə" veb saytında qeydiyyata alındığı halda, baş nazirin ofisi bu haqda izahat verməkdən imtina edib.
Netanyahu elə bir halda Ərəbistana səfər edib ki, ABŞ Dövlət Katibi döri bir səfər çərçivəsində bölgədədir.
Görünür, bu görüş Donald Tramp administrasiyasının sionist rejimlə regionun bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək cəhdləri istiqamətində həyata keçirilib.
Bu ilk dəfə deyil ki, Səudiyyə Əərbistanı Fələstin xalqının amallarına xəyanət edir, sonuncu dəfədə olmayacaq.