Rus rəsmisi: " Fəxrizadə ABŞ-ın yaşıl işığı ilə terror edilib"
https://azeri.sahartv.ir/news/dünya-i370119-rus_rəsmisi_fəxrizadə_abŞ_ın_yaşıl_işığı_ilə_terror_edilib
Rusiyanın BMT-dəki daimi səfirinin müavini deyib: "İranlı alimə sui-qəsd ABŞ-ın sərhədaşırı siyasi terrorlara yaşıl işıq yandırması ilə baş verib".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2020 06:04 Asia/Baku
  • Rus rəsmisi:

Rusiyanın BMT-dəki daimi səfirinin müavini deyib: "İranlı alimə sui-qəsd ABŞ-ın sərhədaşırı siyasi terrorlara yaşıl işıq yandırması ilə baş verib".

SəhərAzəri xəbər verir, Dimitri Pulyanski Dr. Mühsün Fıxrizadənin terror edilməsinə reaksiyada, "Nyu-York Tayms" qəzetinin ABŞ-ın üç kəşfiyyat rəsmisinə istinadla sionist rejimin bu cinayətin amili olduğuna dair məlumatına işarə edərək, bunu söyləyib.

O, öz şəxsi Tvitter səhifəsində yazıb: "Nyu-York Tayms" qəzetinin təhlilində deyilənlər ABŞ-ın sərhədaşırı siyasi terrorlara yaşıl işıq göstərməyə hazırlığını əks etdirir".

Rusiyanın BMT-dəki daimi səfirinin müavini bunun, demokratik bir ölkənin öyünə biləcəyi bir məsələ olmadığını vurğulayıb.