Fauçi koronavirusa yoluxmanın yeni dalğası barədə xəbərdarlıq edib
Antoni Fauçi noyabrın 29-da ABŞ-da, milyonlarla amerikalının səfərə çıxması ilə müşayiət olunan Şükranlıq günü şənliklərindən sonra COVİD-19 infeksiyasına yoluxma sayında kəskin artım barədə xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, ABŞ-ın Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru Antoni Fauçi "ABC" telekanalında olarkən, qarşıdakı iki, üç həftə ərzində, koronavirusa hazırkı yoluxma hallarına əlavə olunacaq yeni yoluxma dalğası barədə xəbərdarlıq edib.
Hava limanlarındakı Təhlükəsizliyə Nəzarət Agentliyinin məlumatına əsasən, ABŞ-da Şükranlıq günündən bir gün əvvəl ən azı bir milyon yüz min amerikalı təyyarə ilə səfər edib, hansı ki, bu ölkədə pandemiyanın başlanğıcından bəri misli görünməyib.
ABŞ səhiyyə nazirinin müavini Brett Giroir "CNN" kanalında deyib: "Həqiqətən bu qədər səyahətlə bu həftə sonu bizi narahat edir".
Amerikalı rəsmi əlavə edib: "Hospitalizasiya sayı kəskin artıbdır və təxminən 95 min nəfərə yaxınlaşıbdır, Xəstəxanadakı xəstələrin 20 fazini COVİD-19 xəstələri təşkil edir, odur ki, hazırkı dönəm çox təhlükəlidir".