Dek 04, 2020 09:57 Asia/Baku
  • Moskva Qarabağ nizamlanmasında ATƏT-dən böyük dəstək gözləyir

Lavrov deyib ki, ATƏT məkanında böhran vəziyyətlərinin həlli ilə bağlı əldə olunan razılaşmalar iştirakçı dövlətlərdən daha çox dəstək almalıdır. Bu da onların reallaşdırılmasına yardım edəcək.

SəhərAzəri Sputnik-ə istinadla xəbər verir. Moskva ATƏT ölkələrindən Dağlıq Qarabağ üzrə nizamlanmada böyük dəstək gözləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici İşlər naziri Sergey Lavrov videokonfrans formatında gedən ATƏT XİN başçılarının Şurasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, münaqişələrin nizamlanmasında təşkilatın potensialına ehtiyac yüksək olaraq qalır.

Lavrov qeyd edib: "ATƏT məkanında böhran vəziyyətlərinin həlli ilə bağlı əldə olunan razılaşmalar iştirakçı dövlətlərdən daha çox dəstək almalıdır. Bu da onların reallaşdırılmasına yardım edəcək. Bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibətdə gözləyirik. Bu prosesə yardım etməyə davam edəcəyik. ATƏT-in Minsk qrupunun həmsədrləri arasında əməkdaşlığı dəyərləndiririk".


Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Teqlər