Dek 28, 2020 07:09 Asia/Baku
  • Çində soyuq silahlı hücum olub; 14 ölü və yaralı var

Çin mediası bazar günü bildirib ki, naməlum şəxs 7 nəfəri bıçaqlayaraq öldürüb, 7 nəfəri isə yaralayıb.

SəhərAzəri xəbər verir, Çinin şimal-şərqində yerləşən Liaoninq vilayətinin Kaiyuan şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib. Hadisə nəticəsində 7 nəfər aldığı bıçaq zərbəsindən olub, daha 7 nəfərin yaralandığı bildirilir. Cinayətkarın zərərsizləşdirilməsi zamanı bir polis zabitinin yaralandığı da bildirilib.
Yerli polisin məlumatına görə, hadisəni törədən şəxs həbs olunub, lakin cinayətin təfərrüatı barədə açıqlama verilməyib.  

Qeyd edək ki, Çin odlu silah satışı və saxlanması qaydalarını məhdudlaşdırıb, ancaq bu ölkədə kütləvi hücumlar ümumiyyətlə soyuq silah və ya əldəqayırma partlayıcı qurğulardan istifadə etməklə həyata keçirilir.
Xatirladaq ki, iyun ayının əvvəlində bir məktəb gözətçisi, Guangxi şəhərinin cənubunda yerləşən bir uşaq bağçasında ən azı 39 nəfəri bıçaqladı və bu hücüm üçun edama məhkum edildi.

Teqlər