Yan 01, 2021 11:40 Asia/Baku
  • Minneapolis polisi başqa bir nəfəri öldürdü

Minneapolis polisi çərşənbə axşamı bir atışma zamanı bir nəfəri öldürüb.

SəhərAzəri xəbər verir ki, bu işi araşdırmaq üçün Cinayət Axtarış İdarəsi məsuliyyət daşıyır. Hadisədə öldürülən kişinin şəxsiyyəti, mənşəyi və irqi barədə təfərrüatlar hələ müəyyənləşdirilməyib.
Minneapolis Polis Şefi Madaria Aradondo bir mətbuat konfransında bu barədə deyib: Şahidlər ifadə veriblər ki, öldürülən şəxsin avtomobili polis tərəfindən saxlandıqdan sonra, bu şəxs polisə atəş edib və polis məmurları daha sonra şübhəlini vurub.
Bu öldürülən şəxs, Corc Floyd-un ölümündən bəri Minneapolis şəhərində polis tərəfindən vurulan ilk şəxsdir. 
Etirazçilər, Corc Floyd-un qətli baş verən ərazədən bir mildən az məsafədə meydana gələn atışma olduğu yerdəki bir yanacaqdoldurma məntəqəsi qarşısında polisin hərəkətinə etiraz ediblər.

Teqlər