Yan 07, 2021 10:29 Asia/Baku
  • ABŞ-da Tramp tərəfdarları ilə polisin toqquşmasında 4 nəfər ölüb

Vaşinqton hakimiyyəti ABŞ Konqresi qarşısında etiraz aksiyaları zamanı ümumilikdə dörd nəfərin öldüyünü təsdiqləyib.

SəhərAzəri xəbər verir, bu barədə mətbuat konfransında paytaxt polisinin rəhbəri Robert Konti deyib.

Bundan əvvəl Konqres binası qarşısında polis əməkdaşının açdığı atəş nəticəsində ağır yaralanan aksiya iştirakçısı, ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib.  R. Konti deyib ki, Konqres binası yaxınlığında qarşıdurma zamanı daha 3 nəfər ölüb.

Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.

Qeyd edək ki, dünən Prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar. Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.

 

 

Teqlər