Müzakirə başlayıb; Tramp hər an göndərilə bilər
ABŞ-ın vitse-prezidenti Mayk Pensin Senatın sədri olaraq, iştirakı ilə prezident seçkilərinin nəticəsi və "Elektoral Kollec"in səsverməsinin təsdiqi iclası yenidən başlayıb.
SəhərAzəri xəbər verir, Pens bu günü ABŞ Konqresinin tarixində qara bir gün adlandırıb və deyib: "Bu gün Konqresimizdə iğtişaş edənlər qalib gəlmədi. Zorakılıq heç vaxt qazanmayacaq".
CBS televiziyasının yaydığı məlumata əsasən, ABŞ prezidenti Donald Trampın kabinetinin üzvləri ABŞ Konstitusiyasının 25-ci düzəlişinin tətbiq edilməsi və onun hakimiyyətdən uzaqlaşdırılması imkanlarını müzakirə edirlər.
Məlumata görə, kabinet üzvləri Trampın səlahiyyətlərinin Mayk Pensə verilməsini müzakirə edirlər.
Hələ ki, Pensə rəsmən bu təklifin edilmədiyi bildirilib.
Məlumatlı mənbələr CNN-ə bildiriblər ki, Tramp ətrafındakılara Pensin baş qərargah rəisi Mark Şortun Ağ Evə girişini qadağan etdiyini söylədi.
Qeyd edək ki, Trampın səlahiyyətləri 20 yanvarda bitməlidir. Lakin onun hakimiyyəti ötürmək istəmədiyi görünür.