Bayden Kapitoli binasını zəbt edənləri terrorçu adlandırıb
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden hazırkı ölkə lideri Donald Trampın Vaşinqtonda iğtişaşlara səbəb olduğu qənaətindədir.
SəhərAzəri TASS xəbər agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlamanı o, ötən gün paytaxtda baş verən iğtişaşlara qiymət verərkən deyib.
Bayden vurğulayıb: "Onları etiraz aksiyasının iştirakçıları adlandırmağa cürət etməyin. Bu, iğtişaş, etiraz aksiyası deyildi, bu, xaos idi. Bu, üsyançı kütləsi, qiyamçılar, daxili terrorçulardan ibarət bir izdiham idi. Bu, prezident Trampın demokratiyaya amansız hücumunun nəticəsi idi".
Onun sözlərinə görə, Donald Tramp “izdihamı Konqresə hücuma təhrik edib”: "O, amerikalı seçicilərin səsini yummaq üçün kütlədən istifadə etməyə çalışıb".
yeni seçilmiş prezident bildirib ki, "prezident qanundan ali ola bilməz".