Pensdən Trampın kənarlaşdırılmsına yaşıl işıq
https://azeri.sahartv.ir/news/dünya-i371864-pensdən_trampın_kənarlaşdırılmsına_yaşıl_işıq
ABŞ-ın vitse-prezidenti Trampı kənarlaşdırmaq üçün bu ölkə konstitusiyasına 25-ci düzəlişin fəallaşdırılmasını istisna etməyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 10, 2021 10:49 Asia/Baku
  • Pensdən Trampın kənarlaşdırılmsına yaşıl işıq

ABŞ-ın vitse-prezidenti Trampı kənarlaşdırmaq üçün bu ölkə konstitusiyasına 25-ci düzəlişin fəallaşdırılmasını istisna etməyib.

SəhərAzəri xəbər verir, Mayk Pens deyib ki, prezidentin özbaşınalıqları davam edərsə, bu tədbirə əl ata bilər.

Belə bir halda, məlumatlı mənbələr Mayk Pensin bu ölkənin yeni seçilmiş prezidenti Co Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak etməyi planlaşdırdığını bildiriblər. Halbuki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp bu məsələ ilə bağlı belə deyib: Soruşan hər kəsə üzümü tutub bildirirəm ki, mən yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminə getməyəcəyəm.

Bu qərara cavab olaraq, Bayden Trampın "bütün dünya üçün bir rüsvayçılıq" olduğunu söyləyib. Bildirib ki, Trampın inauqurasiya mərasimində iştirak etməmək niyyəti yaxşı bir hadisədir.