300-dən çox amerikalı mütəfəkkirdən Trampa qarşı açıq məktub
https://azeri.sahartv.ir/news/dünya-i371949-300_dən_çox_amerikalı_mütəfəkkirdən_trampa_qarşı_açıq_məktub
Amerikanın 300-dən çox tanınmış mütəfəkkiri bir petisiya imzalayaraq, bu ölkə prezidentinin/ fəaliyyətinin son günlərində impiçmenti, mühakiməsi və kənarlaşdırılmasını tələb edib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 12, 2021 15:41 Asia/Baku
  • 300-dən çox amerikalı mütəfəkkirdən Trampa qarşı açıq məktub

Amerikanın 300-dən çox tanınmış mütəfəkkiri bir petisiya imzalayaraq, bu ölkə prezidentinin/ fəaliyyətinin son günlərində impiçmenti, mühakiməsi və kənarlaşdırılmasını tələb edib.

SəhərAzəri xəbər verir, 300-dən çox amerikalı tarixçi, hüquqşünas və əsas qanun məsələləri üzrə ekspert bildiribdir ki, Amerika prezidenti Donald Tramp öz prezidentliyi dövründə bu ölkənin əsas qanununu sual altına alıb, Amerikanın keçmişi, əməlləri, fəaliyyət və qanunlarını tapdayıb və görməməzliyə vurubdur. Məhz törətdiyi bu əməllərə görə, hazırda və Ağ Ev-i tərk etdikdən sonra mühakimə olunmalıdır.

Bu açıq məktubda deyilir ki, Tramp bir daha hakimiyyətin Amerikanın yeni seçilmiş prezidenti Co Baydenə ötürülməsini əngəlləmək və öz tərəfdarlarını konqres binasına hücuma təhrik etməklə öz ixtiyarlarından sui-istifadə edibdir.