Yan 13, 2021 15:29 Asia/Baku
  • İngiltərədə koronavirus böhranı

London İngiltərədə koronavirusa ən çox yoluxmuş şəhərdir; deyilənlərə görə, bu şəhərin bəzi yaşayış məntəqələrində hər iki nəfərdən biri koronavirusa yoluxub.

SəhərAzəri xəbər verir, İngilis virusu ölkədəki koronavirus böhranını daha da dərinləşdirib. Yalnız son üç həftə ərzində bir milyondan çox insan bu ölkədə koronavirusdan əziyyət çəkənlər sırasına əlavə olub. İngiltərədə koronavirus durumunun pisləşməsi haqda xəbərdarlıqlar davam edir.

İngiltərədə tibbi məsələlər üzrə direktor Kris Viti deyir: "Biz son epidemiya zamanı ən pis vəziyyətə doğru irəliləyirik; səhiyyə sistemi əsaslı problemlə qarşılaşacaq".

Xəstəxanaların qeyri-koronavirus palataları boşaldılır və bir-birinin ardınca koronavirus xəstələrinə ayrılır.

Eyni zamanda, xəstəxanalarda oksigen və tibb işçiləri də daxil olmaqla, zəruri hallar çatışmazlığının xəbərdarlıq həddinə çatdığı elan olunub.

İngiltərədə intensiv terapiya institutunun direktoru doktor Alison Pitard deyir: "Bəzi xəstəxanalar xəstələri oksigenlə təmin etməkdə çətinlik çəkirlər".

İngiltərə milli mərkəzinin statistikasından aşağı olan bu ölkə hökumətinin bildirişinə əsasən, son üç həftə ərzində 15 mindən çox digər koronavirus xəstəsi dünyasını dəyişib.

«H Health» müəssisəsi bildiribdir ki, hazırda İngiltərədə hər beş nəfərdən biri, koronavirus xəstəsidir.

Teqlər