ABŞ DD Rusiya etirazları barədə müdaxilə mahiyyətli mövqe tutub
https://azeri.sahartv.ir/news/dünya-i372415-abŞ_dd_rusiya_etirazları_barədə_müdaxilə_mahiyyətli_mövqe_tutub
Amerika Dövlət Departamenti müdaxilə mahiyyətli bəyanatda Rusiyadakı etirazlara reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2021 06:54 Asia/Baku
  • ABŞ DD Rusiya etirazları barədə müdaxilə mahiyyətli mövqe tutub

Amerika Dövlət Departamenti müdaxilə mahiyyətli bəyanatda Rusiyadakı etirazlara reaksiya verib.

SəhərAzəri  xəbər verir ki, Rusiyada bəzi iğtişaşların baş verməsilə bir zamanda, Amerikanın Moskvadakı səfirliyi Rusiya hökumətinə vəziyyəti tam izlədiyi və etirazçıları dəstəklədiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da deyibdir ki, Moskvadakı ABŞ diplomatları bu ölkə səfirliyinin vebsaytında Rusiya şəhərlərindəki aksiyaların istiqamətlərinin dərc edilməsinə görə izahat verməlidirlər.

Zaxarova qeyd edib ki, Amerikanın Moskvadakı səfirliyi öz saytında Rusiya şəhərlərindəki etiraz aksiyalarının marşrutlarını dərc edib.

Qanuni qadağaya baxmayaraq, rus müxalifətçi Aleksey Navalnının tərəfdarları Rusiyanın bir neçə şəhərində aksiya keçirib.

Rusiya hökuməti müxaliflərinin Aleksey Navalnının tutulması və həbs edilməsinə etiraz üzrə çağırışının ardınca onlarla insan şənbə günü Rusiyanın bir neçə şəhərində aksiya keçirib.