Qanunsuz sanksiyalardan istifadə təhlükəli bir oyundur
Yan 28, 2021 22:15 Asia/Baku
Rusiya prezidenti qanunsuz sanksiyalardan istifadəni təhlükəli oyun adlandırıb.
SəhərAzəri xəbər verir, Vladimir Putin Davoos iclasında deyib: İnformatik, texnoloji və maliyyə məhdudiyyətləri, iqtisadi maneələr və qanunsuz sanksiyaların tətbiqi dünyada gərginlik mərkəzlərinin çoxalması və birtərəfli hərbi gücdən istifadə xətərini artıra biləcək təhlükəli bir oyundur.
Putin cari 2021-ci ildə online formada keçirilən Davoos beynəlxalq iqtisadiyyat konfransındakı çıxışında sonra bildirib ki, daha təkqütblü və təmərküzləşmiş bir dünya sisteminin yaradılması üzrə səy dövrü başa çatıbdır.