Amerikanın diplomatiya oyunu
Avropalı xarici işlər nazirlərinin ABŞ dövlət katibi Blinken ilə iclaslarının nəticəsindən, həmçinin Ağ Ev sözçüsünün nüvə anlaşması haqdakı iddialarından aydın olur ki, nüvə anlaşması macərasında İrana borclu olan tərəflər hazırda bir səslə İrandan tələbkar olmağı qərara alıblar.
SəhərAzəri xəbər verir ki, Amerika milli təhlükəsizlik şurasının xüsusi iclasının mehvərlərindən biri, İran və nüvə anlaşması olub. Təxmin edilir ki, tezliklə başa çatacaq İranın təyin etdiyi möhlət və Amerikanın 1400-cü il İran seçkilərindən öncə və ya sonra nüvə anlaşmasına qayıtması zamanı barədə söhbət ediblər.
Halbuki Amerika nüvə anlaşmasından çıxıb və İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edib… Və təhlükəsizlik şurasının qətnaməsini pozub və Ağ Ev-in sözçüsü iddia edibdir ki, top İran tərəfindədir… Dedi ki, Amerikanın nüvə anlaşmasına geri dönməsi İrandan asılıdır. Əgər İran bütün öhdəliklərinə əməl edərsə, Amerika da geri dönəcək və bu, nigarançılıq doğuran məsələlər barədə daha uzun və daha güclü anlaşmaya nail olmaq üzrə bir əsas olacaq.
Bu arada əlli amerikalı qanunverici Baydenə məktubda ondan istəyibdir ki, heç bir vəchlə nüvə anlaşmasına geri dönməsin.
Daha Amerikanın dövlət katibi olmayan Pompeo da İranla bağlı Bayden hökumətinə olduqca sərt kinayələr vurubdur.
Eyni zamanda, İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri ABŞ-ın yeni dövlət katibi Blinkenlə İranın nüvə işi ətrafında fikir mübadiləsi aparıblar.
Sonradan Fransanın xarici işlər naziri deyibdir ki, İranın nüvə problemi barədə mühüm bir iclas keçirildi.
Amerika milli təhlükəsizlik şurasının nüvə anlaşması barədəki iclası o cəhətdən keçirildi ki, Amerikanın nüvə anlaşmasına geri dönməsi zamanı müəyyən edilmiş olsun.