Kreml: "ABŞ-ın Rusiyaya qarşı mümkün kiber hücumu beynəlxalq cinayətdir"
Rusiya Prezident Administrasiyasının mətbuat katibi deyib: "ABŞ-ın Rusiyaya qarşı qisas xarakterli kiber hücumu ilə bağlı yayılan xəbərlər ciddi narahatlıq doğurur və beynəlxalq bir cinayətdir".
SəhərAzəri xəbər verir ki, Dimitri Peskov ABŞ-ın Rusiyaya qarşı qisas kiber hücumu ehtimalı barədə deyib: "Görünən odur ki, Rusiyanın mövcudluğu bəzi ABŞ generallarının narahatlığına səbəb olub".
Peskov deyib: "Bu barədə xatırlatmalıyam ki, Rusiya dəfələrlə rus tərəfinin və Rusiya hökumətinin hər hansı bir kiber hücumla heç bir əlaqəsinin olmadığını bildirmiş və buna təkid edibdir".
"Nyu-York Tayms" qəzeti bazar ertəsi günü ABŞ-ın Rusiyayanı günahlandırdığı "SolarWinds" Proqram Təminatı şirkətinin hakk edilməsinə cavab olaraq, rus rəsmilərinin daxili sistemlərinə qarşı kiber hücum həyata keçirmək niyyətində olduğu barədə məlumat yayıb.
Amerikan qəzetin məlumatında deyilir: "Bununla bağlı ilk əsas addımın yaxın üç həftə ərzində atılacağı gözlənilir".
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ prezidenti Co Bayden hökumətin kompüter sistemlərinin mühafizəsini gücləndirmək üçün gələcəkdə kiber hücumların qarşısını almaq üçün sərəncam imzalayacq.
ABŞ kəşfiyyatı "SolarWinds" proqram təminatı şirkətinə qarşı kiber hücumda Rusiyanın iştirak etdiyini iddia edir.
2020-ci ilin mart ayında hackerlər Orionun yenilənmiş versiyasına bir virus yüklədilər, daha sonra ABŞ dövlət qurumları və ABŞ-ın 400-dən çox böyük şirkəti daxil olmaqla minlərlə müştəri bu proqramı yüklədi və istifadə etdi.
Rusiyanın ən yüksək səviyyəli rəsmiləri, Moskvanın hücumda iştirakı ilə bağlı Vaşinqtonun iddiasını rədd ediblər.