Florida sakinləri ibadət yerlərinə silahla daxil ola biləcək
ABŞ-ın Florida ştatının Senatı vətəndaşların silah gəzdirmə hüquqlarının genişləndirilməsinə səs verib. silahlı şəxslərin ibadət yerlərinə girməsi mümkün olacaq.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Qeyd olunduğ kimi, Florida senatorları, gizli şəkildə silah gəzdirərək, nəzdnində məktəbi olan kilsələrə, məscidlərə girməyə icazə verən “Dini yerlərin təhlükəsizliyi” qanunvericiliyinə səs verib.
Verilən xəbərə görə, əvvəllər inanclı insanlar nəzdnində məktəb olan ibadət yerlərinə silahla gələ bilmirdi. Silah daşınmasının tərəfdarları, ibadət yerlərində inanclı insanların təcavüzə məruz qaldığı halda özlərini silahla müdafiə etmə imkanına malik olmalı olduğunu hesab edir. Bununla yanaşı, ibadət yerlərinə insanların silahla gəlməsi müsəlmanları narahat edir – bir çoxları Kanadanın Kvebek və Yeni Zelandiyanın Kraysçörç şəhərində baş verən faciələrin təkrarlanmasından narahatdır.