Fransada sosial təminat sektoru iflasa uğramaqdadır
Keçən il Fransanın sosial təminat sektorunda 38,9 milyard avroloq tarixi bir maliyyə ziyanı qeydə alınıb.
SəhəhrAzəri xəbər verir ki, "Frans Blue" veb saytının məlumatına görə, Fransanın sosial təminat sektoru iflas ərəfəsindədir.
Fransada bu sektorun koronavirusla mübarizə xərcləri kəskin şəkildə artıbdır.
Maskaların alınması və testlərin aparılması üçün çəkilən xərclər, iş yerlərinin bağlanması və xəstəxanalarda maaşların artırılması, tibbi xərclərin artmasına səbəb olan bəzi amillərdir.
Fransanın səhiyyə naziri Oliver Veran bu yaxınlarda cari ildə peyvəndləmə xərclərinin ən azı 5 milyard avro olacağını təxmin edib.
Həkimlər, tibb bacıları və Fransanın səhiyyə sektorunun işçiləri həddindən artıq yükləniblər.
Fransa koronavirus pandemiyasından ciddi şəkildə təsirlənib.
Fransa hazırda Avropada Rusiya və İngiltərədən sonra ən çox koronavirusa yoluxma sayına sahibdir.
Fransa prezidenti Emmanuel Makron hökuməti, media və ictimai rəy tərəfindən Koronavirusla mübarizədə düzgün və şəffaf davranmamaqda və siyasətlərinin virusun yaratdığı təhlükə ilə uyğun olmamaqda günahlandırılır.