ABŞ-da gecə klubunda atəş açılıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i374682-abŞ_da_gecə_klubunda_atəş_açılıb_1_nəfər_ölüb_5_nəfər_yaralanıb
Naməlum şəxs ABŞ-ın Dallas şəhərində gecə klubunda atəş açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2021 16:01 Asia/Baku
  • ABŞ-da gecə klubunda atəş açılıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Naməlum şəxs ABŞ-ın Dallas şəhərində gecə klubunda atəş açıb.

SəhərAzəri xəbər verir ki, “Associated Press” Texas ştat polisinə istinadən 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı barədə məlumat yayıb.

İlkin məlumata əsasən, kluba gələn ziyarətçilər arasında dava-dalaş baş verən zaman atəş açılıb. Atəş açan şəxs hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hazırda atəş açan şəxsi axtarır.