Mart 27, 2021 13:34 Asia/Baku
  • ABŞ-da silahlı insident olub, ölən və yaralananlar var

ABŞ-ın Virciniya ştatında atışma olub, ölən və yaralananlar var.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə ştatın Viriciniya-Biç şəhər polisinin "Twitter" səhifəsində məlumat yayılıb.

Polisin verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bildirilib ki, ölənlərdən biri vətəndaşlara atəş açan şəxsdir ki polis tərəfindən zərərsizləşdirilib. Digər şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Polis vətəndaşları ərazidən uzaq olmağa çağırıb.

 

Teqlər