Mart 31, 2021 18:25 Asia/Baku
  • Britaniya Yəmən müharibəsində Səudiyyə rejiminə birbaşa dəstək verir

Yəmən Milli Qurtuluş Hökumətinin Müdafiə Nazirliyi Böyük Britaniyanın yəmənlilərə hücumda birbaşa rolu olduğunu açıqlayıb.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, nazirlik silahlı qüvvələrin şimal cəbhəsində Yəmən xalqına qarşı hücumlarda Britaniyanın münaqişə bölgələrində iştirakını müşahidə etdiklərini bildirib.

“Böyük Britaniya Yəmən müharibəsində düşmən Səudiyyəyə məsləhət xidmətləri ilə yanaşı, meydanda iştirakı ilə də dəstək verir”, - deyə naziriyin açıqlamasında qeyd edilib.

Yəmən Milli Qurtuluş Hökumətinin Müdafiə Nazirliyindən bir mənbə belə deyib: “Böyük Britaniyanın şimal cəbhələrindəki iştirakı ilə əlaqədar məlumatları gizlədir və bu məlumatların mediaya çıxmasına mane olmağa çalışır, ancaq dəlillər Böyük Britaniyanın Yəməndəki müharibədə birbaşa iştirak etdiyini və Səudiyyənin işğalçı koalisiyasının hərbi texnikasını idarə etdiyini göstərir. Şimal cəbhələrində məsləhət xidmətləri ilə yanaşı, Ərəbistanın silahlarının çox hissəsi Britaniya tərəfindən təmin edilir.

Britaniya tərəfi 2017-ci ildə Yəmən müharibəsində iştirakı zamanı böyük ziyan gördü və bu məsələnin təfərrüatarı tezliklə ortaya çıxacaq”.

Bundan əvvəl Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi bir çıxışında Böyük Britaniyanın Yəmən müharibəsindəki dağıdıcı rolundan bəhs edərək belə demişdi: “Böyük Britaniya bu hücumlarda iştirak edir, təyyarələri və mütəxəssislər qrupu Yəmən xalqını bombalamaq üçün Səudiyyə ilə əməkdaşlıq edir”.

Oxfam (Yoxsulluğun, aclığın və ədalətsizliyin aradan qaldırılması üçün ən böyük beynəlxalq yardım təşkilatlarından biri) bu yaxınlarda Britaniya hökumətini Səudiyyəni havada yanacaq doldurma dəstəyi daxil olmaqla hərbi texnika satmaqda, Yəməndəki müharibəni genişləndirməkdə ittiham etmişdi.

Teqlər