Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır
https://azeri.sahartv.ir/news/dünya-i375943-Çexiya_rusiya_səfirliyinin_kəşfiyyatçı_olan_18_əməkdaşını_ərazisindən_çıxarır
Çexiya yerli xüsusi xidmət orqanlarının iddiasına görə Rusiya Federasiyası səfirliyinin həmin ölkənin kəşfiyyat zabiti olan 18 əməkdaşını ərazisindən çıxarır.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 17, 2021 20:54 Asia/Baku
  • Çexiya Rusiya səfirliyinin kəşfiyyatçı olan 18 əməkdaşını ərazisindən çıxarır

Çexiya yerli xüsusi xidmət orqanlarının iddiasına görə Rusiya Federasiyası səfirliyinin həmin ölkənin kəşfiyyat zabiti olan 18 əməkdaşını ərazisindən çıxarır.

SəhərAzəri Report-a istinadən xəbər verir ki, bu barədə baş nazirin birinci müavini, həmçinin xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Yan Qamaçek keçirdiyi mətbuat konfransında bildirib.

"Çex Respublikasının Xarici İşlər Naziri olaraq, xüsusi xidmət orqanlarımız tərəfindən Rusiyanın Praqadakı səfirliyinin həmin ölkənin Xarici Kəşfiyyat İdarəsinin və Baş Kəşfiyyat İdarəsinin zabiti kimi müəyyənləşdirilən bütün əməkdaşlarını ölkədən kənarlaşdırmağa xaric etməyə qərar verdim. Rusiya səfirliyinin 18 əməkdaşı 48 saat ərzində Çex Respublikasını tərk etməlidir", - deyib.