AŞPA-da azərbaycanlılar və ermənilər sakitliyə çağırıldı
https://azeri.sahartv.ir/news/dünya-i376044-aŞpa_da_azərbaycanlılar_və_ermənilər_sakitliyə_çağırıldı
AŞPA-da quruma üzv ölkələrin nümayəndələrinə nifrət ritorikası ilə bağlı təhdidləri ciddi şəkildə nəzərdən keçirməyə çağıran qətnamə qəbul olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2021 09:43 Asia/Baku
  • AŞPA-da azərbaycanlılar və ermənilər sakitliyə çağırıldı

AŞPA-da quruma üzv ölkələrin nümayəndələrinə nifrət ritorikası ilə bağlı təhdidləri ciddi şəkildə nəzərdən keçirməyə çağıran qətnamə qəbul olunub.

SəhərAzəri:Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, debatda iştirak edənlərin hamısı qətnaməni dəstəkləyib.

Amma qətnaməyə baxmayaraq, ukraynalı parlamentarilər rusdilli əhalinin maraqlarının qorunması adı altında Rusiyanı Ukraynanın işlərinə müdaxilə etməkdə ittiham ediblər.

Bundan başqa, iclasın sədri bir neçə dəfə Qarabağdakı postmünaqişə ilə bağlı qarşılıqlı tənqidə keçən Ermənistandan və Azərbaycandan olan deputatlara da çağırış edib.

Qeyd edək ki, qətnamə və çağırışla bağlı hələlik rus mediasından başqa təfərrüatlı və səhih məlumat yayan qurum yoxdur.