Rusiya 3 Baltikyanı ölkənin və Slovakiyanın diplomatlarını qovur
https://azeri.sahartv.ir/news/dünya-i376403-rusiya_3_baltikyanı_ölkənin_və_slovakiyanın_diplomatlarını_qovur
Rusiya cavab tədbiri olaraq Estoniya, Latviya və Litvanın diplomatlarını ölkədən qovur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2021 12:04 Asia/Baku
  • Rusiya 3 Baltikyanı ölkənin və Slovakiyanın diplomatlarını qovur

Rusiya cavab tədbiri olaraq Estoniya, Latviya və Litvanın diplomatlarını ölkədən qovur.

SəhərAzəri: “Report” xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

 Bu ölkələrin səfirlərinə “rusiyalı diplomatlarının təxribatla qovulması ilə əlaqədar qəti etiraz” bildirilib.

 Litva səfirliyinin 2 əməkdaşı, eləcə də Latviya və Estoniya səfirliklərinin hər birinin 1 əməkdaşı yeddi gün ərzində Rusiya Federasiyasını tərk etməlidir.

 Bundan başqa, Rusiya cavab tədbiri olaraq Slovakiya səfirliyinin 3 əməkdaşını “persona non grata” elan edib və onlar mayın 5-dək ölkəni tərk etməlidirlər. Slovakiya səfirinə bildirilib ki, rusiyalı diplomatların qovulması ikitərəfli münasibətlərə zərər vurur.